Vüqar Zifəroğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı seçilib.

Bu barədə Unikal.org-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

Qeyd edək ki, V.Zifəroğlu mayın 12-də Jurnalistika fakültəsinə dekan səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olunmuşdu. O bu vəzifədə professor Cahangir Məmmədlini əvəz etmişdi.