Azərbaycan prezidenti İlham Əliyev Ali Məhkəmənin bəzi məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Əziz Cəfər oğlu Seyidov isə Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri təyin edilib.

Ölkə başçısının digər  sərəncamı ilə Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri, Səadət İnayət qızı Bəktaşi Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri, Mübariz Dosməmməd oğlu Əkbərov isə Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilib.