Yevlaxda 36 yaşlı şəxs atasını bıçaqlamaqda şübhəli bilinir.

DİN-in Mətbuat xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

XXX

19:57

Yevlaxda oğul atasını bıçaqlayıb    

"Unikal"ın məlumatına görə, hadisə Havarlı kəndində baş verib. 1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu aldığı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Əldə olunan ilkin məlumata əsasən onu ailə  mübahisəsi və münaqişəsi zəminində oğlu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür

Ehtiram Muradov