Prezident İlham Əliyev "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 Unikal.org-un  məlumatına görə, sərəncama əsasən, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilib.