Məşhur meyxanaçı Ağamirzə Məmmədov özü üçün qəbir yeri götürüb, hətta həmin yeri qazdırıb, içi lazımi qaydada hörülüb, üstünə isə torpaq tökülüb və demək olar ki, tam hazır vəziyyətə gətirilib.
Unikal.org xezerxeber-ə istinadən xəbər verir ki, onun sifarişini qəbul edən qəbirqazan əvvəlcə təəccüblənsə də, öz işini 2 günə təhvil verib.
Ailəsi, qohumları, tanıyan-bilən hər kəs şairi bu əməlinə görə qınasa da, sonradan ona haqq qazandırıb, hətta onun hazır qəbrinə şərik çıxmaq istəyənlər də olub.
Ümumiyyətlə, İslama görə hər bir müsəlman öz axirətini sağlığında düşünməlidir. Ustad sənətkara isə Allahdan uzun ömür diləyirik.