Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Raymonds Veyonis Riqa şəhərindəki "Azadlıq abidəsini ziyarət ediblər.
Unikal.org xəbər verir ki, abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçıları abidənin önünə əklil qoyublar, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.
Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.