Ölkələrimizin tarixində oxşar məqamlar çoxdur. 1919-cu ildə
Azərbaycan Xalq Cümhuriyyətinin və Latviyanın nümayəndə heyətləri yeni
yaradılmış dövlətlərin de-yure tanınmaları ilə bağlı Paris Sülh
Konfransına müraciət ünvanladılar. Bir il sonra isə Azərbaycan
parlamenti Latviyada nümayəndəliyin açılması ilə bağlı qərar qəbul etdi.
Müstəqilliyin bərpasına eyni vaxtda nail olmuş dövlətlərimiz qarşıdan
gələn ildə dövlət quruculuğunun 100 illiyini qeyd edəcəklər. Dövlət
müstəqilliyimizi bərpa etdikdən sonra ikitərəfli münasibətlərimizin
tarixində yeni səhifə açıldı!.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Riqada rəsmi ziyafətdə etdiyi çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün ölkələr arasında energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar var: "Əminəm ki, iştirak etdiyimiz biznes forum, əldə olunan razılaşmalar və imzalanan sənədlər, xüsusilə də Azərbaycan Respublikası və Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə əlaqələrimizin inkişafına mühüm təkan verəcəkdir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, humanitar, enerji sahələrində və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələri mövcuddur: "Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə start verdik. Azərbaycan iqtisadi, ticari və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dünyanın ən böyük enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyində, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıqda mühüm rol oynayır.
Dövlət başçısı bildirib ki, Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir: "Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, AŞPA, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır. Bu gün imzaladığımız Birgə Bəyannamədə də göstərilir ki, bu münaqişə beynəlxalq norma və prinsiplər əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır.
xxx

Riqada Azərbaycan prezidentinin şərəfinə rəsmi ziyafət verilib.
Unikal.org-un məlumatına görə, iyulun 17-də Latviya prezidenti Raymonds Veyonisin adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.