"Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüş yeri hələ müəyyən edilməyib".
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat departamentinin direktor müavini Artyom Kojin deyib.
O qeyd edib ki, bundan əvvəl "İzvestiya" qəzetində XİN-dəki diplomatik mənbəyə istinadən prezidentlərin Moskvada görüşəcəyi ilə bağlı dərc olunan xəbər həqiqətə uyğun deyil:
"ATƏT-in Minsk qrupu həmsədrlərinin məsləhətləşmələrində dövlət başçılarının növbəti görüşünün ilin sonunadək təşkil olunması təklif edilib".