Naxçıvan DİN başçısı Əhməd Əhmədovun vəzifəsindən uzaqlaşdırılması barədə yayılmış xəbərlər həqiqətə uyğun deyil. 

Unikal.org xəbər verir ki, bu barədə jurnalistlərə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun informasiya və hüquqi təminat şöbəsinin rəisi Faiq Səfərov məlumat verib.

Faiq Səfərov general-leytenant Əhməd Əhmədovun vəzifəsindən azad olunaraq ev dustağı edilməsi barədə xəbəri təkzib edib.

Bildirildiyinə görə, hazırda general məzuniyyətdədir.

Xatırladaq ki, daha öncə Naxçıvan DİN-də yoxlamaların aparılması və bunun nəticəsində general Əhməd Əhmədovun vəzifəsindən azad olunaraq ev dustağı edilməsi barədə məlumat yayılmışdı.