Azərbaycan Səhiyyə Naziri Oqtay Şirəliyev bu ilin ötən dövrü ərzində vəzifə öhdəliklərini və etik davranış qaydalarının pozuntusa yol verən tibb işçilərini cəzalandırıb.

Səhiyyə Nazirliyindən unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, ümumən 2017-ci ilin ilk 6 ayı ərzində daxil olmuş şikayətlərin hüquq və daxili nəzarət sektoru tərəfindən araşdırılması nəticəsində 21 tibb işçisi barədə məsuliyyət tədbiri görülüb.

Bundan etik davranış qaydalarının pozuntusuna görə 2 nəfər tibb işçisinə xəbərdarlıq, 7 nəfər tibb işçisinə töhmət və 2 nəfər tibb işçisinə şiddətli töhmət məsuliyyət tədbiri görülüb.

Digər vəzifə öhdəliklərinin pozulmasına görə isə 1 nəfər tibb işçisinə xəbərdarlıq, 6 nəfər tibb işçisinə töhmət və 3 nəfər tibb işçisinə şiddətli töhmət verilib.