"Kickstarter saytında "ağıllı üzük üçün vəsait toplanışı üzrə kampaniya keçirilir.
Unikal.org xəbər verir ki, "Orii adlanan qurğu şəhadət barmağına taxılan və "bluetooth vasitəsilə smartfonla sinxronlaşan böyük üzükdür.
Üzüyün işi sümük keçiriciliyinə əsaslanır: zəng daxil olan zaman "Orii istifadəçisi barmağını qulağa yaxınlaşdıraraq həmsöhbətini eşidə biləcək. Həmçinin hətta güclü kənar səs-küydə yaxşı eşitmək təmin olunacaq.
Bundan başqa, üzük smartfondan istifadə etmədən "Siri və "Google Now səsli köməkçi funksiyalarının xidmətlərindən istifadəyə imkan verir. "iOS və "Android əməliyyat sistemləri üçün xüsusi "Orii mobil əlavəsi vasitəsilə bildirişləri üzüyə yönəltmək (onlar barədə quraşdırılmış LED indikator xəbər verəcək) mümkün olacaq. Qurğunun avtonom iş vaxtı gözləmə rejimində 45 saat, danışıq rejimində təxminən 30 saat təşkil edir.
Bildirilir ki, layihə üçün minimum 30 min dollar tələb olunsa da, artıq 135 min dollardan çox vəsait toplanıb. Kampaniya avqustun sonunadək davam edəcək. Sifarişçilər üçün ilk tədarüklər 2018-ci ilin fevralına planlaşdırılır. "Kickstarter saytında üzüyün qiyməti 119 dollar təşkil edir.