30 İyul 2017-ci il tarixində 09:58-də Daxili İşlər Nazirliyinin -³102-³ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində -³AzTelekom MMC-³ tərəfində aparılan qazıntı zamanı mərminin aşkar olması barədə məlumat daxil olub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Unikal.org-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən Bakı-Böyük Kəsik dəmiryol xəttinin həmin qəsəbədən keçən hissəsinin kənarında qazıntı işləri aparılan əraziyə baxış keçirilmiş, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd top mərmisin gilizi (boş) aşkar edilərək götürülmüşdür.