Görüntülərdən aydın olur ki, bir şəxs əlindəki kisədən ilanlar çıxararaq ətrafdakılara nümayiş etdirir. Özü də canlı ilanları. Bu mənzərə paytaxtın mərkəzində, Səməd Vurğun parkında yaşanıb. Məlumata görə, həmin şəxs gəzdirdiyi su ilanlarını bir manata satıb.
Unikal.org xezerxeber.az-a istinadən xəbər verirki, ilanı kisədə gəzdirən şəxsinin dediklərindən belə başa düşülür ki, onlar su ilanlarıdır. Fotoqraf Valeh Arifoğlunun dediyinə görə, həmin ilanlar 1 manata satılıb.
Məsələ ilə bağlı açıqlama verən ekoloq Telman Zeynalov su ilanlarının insanların sıx olduğu məkanda satışının düzgün olmadığını bildirir. Onun sözlərinə görə, su ilanları təhlükəli və zəhərli olmasalar da, onları görən insanlar stress keçirə bilərlər.
Elə şəhər sakinləri də ictimai yerdə ilan satışını düzgün hesab etmirlər.
Vətəndaşlar, adətən bazarlarda satılan su ilanlarının parka diri olaraq gətirlməsini təsadüfü hal hesab ediblər.