Ağsu rayonunun Qaraqaşlı kənd sakini, 31 yaşlı Araz Rəsulovdan 9 aya yaxındır ki səs-soraq yoxdur.
Unikal.org Xəzər TV-yə istinadən xəbər verir ki, o, sonuncu dəfə 2016-cı ildə noyabrın 3-də səhər saatlarında evdən iş adı ilə çıxıb və qayıtmayıb.
Ailəsi deyir ki, 2 uşaq atası Araz spirtli içkiyə meyilli olub. Fəhlə işləyərək qazandığı pulunun çoxunu da içkiyə xərcləyirmiş.
Məlumata görə, Arazın xarici pasportu olmayıb. Evdən gedəndə şəxsiyyət vəsiqəsini və mobil telefonunu da götürməyib. Onun axtarışı ilə bağlı rayon polis şöbəsinə müraciət edilsə də, bu günə qədər bir xəbər yoxdur.
Ağsu Rayon Polis Şöbəsindən bildirilib ki, Araz Rəsulovun itkin düşməsi ilə bağlı yaxınları rəsmi müraciət edib və bu müraciət əsasında onun barəsində itkin düşmüş şəxs qismində axtarışlara başlanılıb.