Unikal.org-a daxil olan məlumata görə, icra başçısı əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlərdən danışaraq qeyd edib ki, bu istiqamətdə bir sıra sosial proqram və layihələr icra edilir.
Taleh Qaraşov rayonda aparılan abadlıq və quruculuq işlərindən söhbət açıb, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən tədbirlər barədə, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı görüləcək işlərlə bağlı ətraflı məlumat verib. Natiq çıxışında rayonda faraş tərəvəzçiliyi, çayçılığı, sitrusçuluğu inkişaf etdirmək, eyni zamanda, baramaçılığı bərpa etmək istiqamətində mühüm addımlar atıldığını, Tükəvilə kəndinin ərazisində yeni sitrus plantasiyasının salınmasına başlanıldığını, burada kənd sakinlərinin işlə təmin olunacağını diqqətə çatdırıb.
Sonra sakinlər tərəfindən bir sıra təkliflər irəli sürülüb, fərdi müraciətlər dinlənilib.
İcra başçısı vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verib, bir sıra məsələlər yerindəcə həllini tapıb.