Ağlayaraq göz yaşı tökən ata bir aydır ki, qızını axtarır.
Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, Sabirabad rayonu, Qaragüney kənd sakini Əmrah Mustafayevin sözlərinə görə, qızı 18 yaşlı Zülfiyyə Hüseynzadə ayın birindən itkin düşüb.
Rayon polis şöbəsində qızın atasının izahatı alınıb və Zülyiyyənin axtarışına başlanılıb. Bir neçə gün sonra 18 yaşlı qız tapılıb.
Əmrah Mustafayev deyir ki, qız evdən getdikdən sonra onun psixoloji problemləri yaranıb. O, iddia edir ki, qızına pisxotrop tərkibli dərman verilib. Bu səbəbdən də onu kimin qaçırdığı və hara apardığı barədə heç bir məlumat vermir.
Əmrah Mustafayev iddia edir ki, onun qızını qonşuluğunda yaşayan bir kişi ilə qadın qaçırıb. Bu barədə polisə də məlumat verib. Amma qız polisə ifadəsində bunu təsdiq etmədiyi üçün həmin şəxslər istintaqa cəlb edilməyiblər. Həmin hadisədən sonra Əmrah Mustafayev qızını Şirvan şəhərində bir avtobus dayanacağından tapıb evə gətirsə də Zülfiyyə Hüseynzadə yenə də qaçıb.
İndi gözü yaşlı ata yaşadığı Sabirabad və ətraf rayonlarda qızını axtarır. Onu hansısa qruplaşmaya və yaxdud da pis yola salmaq istəyən şəxslərin isə istntaqa cəlb edilməsini tələb edir./xezerxeber.az