İtkin düşmüş Biləsuvar rayon sakini tapılıb.

Unikal.org xəbər verir ki, yaxınlarının report-a verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini 19 yaşlı Zeynalzadə İlahə İqbal qızı bu gün evlərinə zəng edərək Bakı şəhərində olduğunu bildirib.

O, bu il iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.

İ.Zeynalzadə evdən çıxarkən yaşyarımlıq körpəsini və sənədlərini də aparıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi də axtarış aparıb.