Lavanda qarışıq yağı
Boyun sərtliyi və ağrısına qarşı həll ola biləcək sakitləşdirici xüsusiyyətlərə malikdir. Qoxusu, əsəblərinizi sakitləşdirərək bu problemlə birlikdə gələn stressi də həll edir.
Unikal.org deyerler.org-a istinadən bildirir ki, bu ağrını azaltmaq üçün ovucunuza bir az lavanda qarışıq yağı əlavə edin, əllərinizi bir-birinə sürtün və yavaşca masaj edin. 5-8 dəqiqə boyunca yumşaq hərəkətlər edin və lazım gələrsə bu masajı gündə iki dəfə təkrar edin.
Portağal qabığından çay kompresi
Portağal qabığı çayı rahatladıcı və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Boyun bölgəsində gərginliyin və stressin müalicəsində köməkçi olur.
Suda portağal qabığını qaynadın. Çay halına gələndə, mayeyə təmiz bir bez batırın. Çayın dərinizə uyğun bir temperaturda olduğundan əmin olun ki, sonra əziyyət çəkən bölgəyə tətbiq edin. Gündə iki, ya da üç dəfə təkrar edin.
Soyuq kompreslər
Birbaşa soyuq kompres tətbiq etmək, iltihab səviyyəsini aşağı salmaq və boynunuzun təsirlənən bölgəsində qan axınını artırmaq üçün təsirli bir yoldur.
Kompres üçün bir neçə buz dənəsini əzin və təmiz bir bezlə örtün və ya plastik bir torbaya qoyun. Ağrı hiss etdiyiniz ərazilərə tətbiq edin və iltihab azalana qədər 5-10 dəqiqə saxlayın. Bu müddətdən sonra, müalicənin sakitləşdirici təsirini artırmaq üçün qızdırılmış bir bez tətbiq edin. Daha sonra dincəlin və bunu gündə iki dəfə təkrar edin.