Silahlı şəxslər Əfqanıstanın şimalındakı Sari-Pul vilayətinin kəndinə hücum ediblər.
Unikal.org-un məlumatına görə, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, hücum zamanı aralarında qadınlar və uşaqlar - dinc sakinlər də olmaqla, 50 nəfər öldürülüb.
Hücumun təfərrüatı hələlik məlum deyil. Bildirilir ki, hücum "Taliban" və İŞİD silahlıları tərəfindən həyata keçirilə bilər. Lakin "Taliban" bununla bağlı ittihamları rədd edib.