İmişlidə insanlığa yaraşmayan hadisə baş verib. Bir qrup şəxs inəyi buynuzundan ekskavatorun çömçəsinə bağlayaraq su kanalına salıblar. Sürücü və onun yanındakı şəxs dilsiz heyvana əzab verərək onu suda o tərəf bu tərəfə fırladıb, bu mənzərəyə baxaraq qəh qəhə çəkib gülüblər. Həmin şəxslər, çirkin əməllərini mobil telefonla da çəkiblər.

Unikal.org xəbər verir ki, inəyi buynuzlarından ekskavatorun çömçəsinə bağlayaraq su kanalına salıb-çıxarır.

Özü və ətrafdakılar isə heyvanın əzab çəkməsinə gülərək tamaşa edir.