Çinin Ciçuan əyalətində 7 bal gücündə zəlzələ olub.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, zəlzələ nəticəsində 5 nəfər ölüb, 63 nəfər xəsarət alıb. Ölən şəxslərin turist olduğu bildirilir. Yerli vaxtla 21.19-da (Bakl vaxtı ilə 17.19-da) qeydə alınan təkanlar yer səthindən 8 km dərinlikdə qeydə alınıb.

Çinin fövqəladə halların fəsadlarının aradan qaldırılması üzrə milli komissiyası zəlzələ nəticəsində yüzlərlə insanın öldüyünü, minlərlə şəxsin xəsarət aldığını ehtimal edir. Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub.