Son bir neçə gündür ölkə ərazisində anomal istilər hökm sürür. Xüsusi ilə də dünən və bü gün Bakıda havanın temperaturu bəzi yerlərdə 43 dərəcəyə qədər artıb.
Unikal.org-un Xəzər TV-yə istinadən məlumatına görə, havanın temperaturunun yüksək olduğu bu günlərdə ən çox günvurma hadisələri də elə açıq havada iş zamanı qeydə alınır. Bununla bağlı əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə xəbərdarlıq edib.
Havanın temperaturunun +41°C-dən çox olduğu hallarda, açıq havada işləyən vətəndaşların həyat və sağlamlığının qorunması əsas şərtdir. Bu qaydalara əməl etməyən işə götürülənlər isə inzibati məsuliyyətə cəlb olunaraq cərimələncəklər.
Lakin xəbərdarlıqlara baxmayaraq, paytaxtın bəzi yerlərində ən ağır işlər belə isti havada dayandırılmır. Ən ağır iş sayılan tikinti sektorunda işə götürənlər fasilə nədir bilmirlər.
Qeyd olunan hava şəraiti müşahidə olunan günlərdə, açıq havada işləməyə məcbur edilən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - "Çağrı mərkəzinə öz şikayətini deyə bilər.