Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub.
Unikal.org-un report-a istinadən məlumatına görə, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini vəzifəsinə Məmməd Oruc oğlu Alıyev təyin olunub. Alıyev bundan əvvəl Qazax rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş Şöbəsinin müdiri işləyib.
Qeyd edək ki, R.Babaşovun bundan əvvəlki birinci müavini Fərman Məhəmməd oğlu Nağdəliyev öz ərizəsi ilə tutduğu vəzifədən istefa verib.