"Macarıstan hökuməti o boyda Avropanı bihörmət edir. Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi. Lakin həmin fond müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib.
Unikal.org xəbər verir ki, bu barədə jurnalist Azər Sarıoğlu məlumat verib.
O bildirib ki, Macarıstan hökuməti azərbaycanlı tələbələrdən imtina etdiyi vaxt artıq Avropadakı universitetlərə və digər fondlara müraciət və imtahan müddəti bitibmiş: .
"Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə nəniki izahat, heç xəbər belə verməyib. Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətləniblər. Həmin 40 uşaq da qalıb ortalıqda. Ağzılarını açanda isə etikadan, bəşəri dəyərlərdən danışırlar.
Təhsil Nazirliyi də heç bir kömək etmək iqtidarında deyil. Təhsil Nazirliyi məktub yazsa da, saya salmırlar. Bir sözlə, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir.
Azər Sarıoğlu sonda hüquqşünaslardan kömək istəyib: "Hüquqşünaslar bu məsələdə necə yardım edə bilərlər? Valideynlər Tempus Fondunu məhkəməyə vermək istəsələr, hansısa hüquqşünas bu işlə məşğul ola bilərmi?.