"WhatsApp" istifadəçiləri üçün böyük təhlükə yaranıb.
Unikal.org metbuat.az-a istinadən xəbər verir ki, bu şəbəkə istifadəçilərinin mesajları silinə və yaxud başqa şəxslər tərəfindən oxuna bilər. "WhatsApp for Whatscan" adlı tətbiq "WhatsApp Web" prosessorunun QR kodunu istifadə edərək özünü kompüter kimi tanıdır və istifadəçilərin bütün mesajlarını görə bilir.
Mesajları fərqli bir telefona keçirən və başqa telefonlardan aktiv olaraq, mesaj göndərilməsinə icazə verən tətbiq beləcə bütün mesajlarınızı silməklə yanaşı, başqalarına da göndərə bilər.