Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşı olan gənc sərxoş vəziyyətdə mərc edib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoçarxda sərxoş polis əməkdaşı 300 min rubla (təxminən 5 min dollar - red.) mərc gələrək iddia edir ki, maşını sərxoş halda sürsə də, onu saxlayan olmayacaq, çünki polis işçisidir və poqonları var.
"Sən də polis ol, eyni halla üzləşəcəksən, - polis əməkdaşı mərc gəldiyi şəxsə deyir.
Mənbənin bildirdiyinə görə, video ilə bağlı Yamal polisində araşdırma başlanıb, polis əməkdaşı vəzifələrinin icrasından uzaqlaşdırılıb.