Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, uzunmüddətli səmərəli fəaliyyətinə görə Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib.

"Əməkdar müəllim

Qəhrəmanova Çimnaz Müslüm qızı

"Əməkdar həkim

Yusif-zadə Kənan Rafael oğlu - tibb xidməti polkovnik-leytenantı
Fərəcova Sona Ədalət qızı - tibb xidməti polkovnik-leytenantı

"Əməkdar dövlət qulluqçusu
Namazova Raisə Vəli qızı

"Əməkdar jurnalist

Cahangirov Rövşən Qiyas oğlu - kapitan

"Əməkdar tibb işçisi
Əlirzayeva Heyranə Tofiq qızı - baş gizir.