ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava qüvvələri Suriyanın Rakka şəhəri yaxınlığında endirdiyi zərbə nəticəsində azı 40 dinc sakin ölüb.
Unikal.org-un məlumatına görə, bu barədə Livanın "Al Mayadeen telekanalı xəbər verib.
Məlumata görə, dinc sakinlər mərmilərin yaşayış kvartallarına düşməsi nəticəsində ölüb.
Qeyd edək ki, Rakka 2013-cü ildən İSİD terror qruplaşmasının nəzarəti altındadır. Şəhərdə 4 minə yaxın silahlının olduğu ehtimal edilir. Rakka şəhərinin azad edilməsi əməliyyatı iyunun 5-də başlayıb.