Samux rayonunda zəlzələ olub.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 03:15-də, Gəncədən 18 km şimal-şərqdə, Samux rayonu ərazisində, 3,6 maqnitudada qeydə alınıb.

Zəlzələnin episentri 12 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.