Baş nazir Artur Rasizadə Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında qərar imzalayıb.

Unikal.org xəbər verir ki, qərara görə Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq.

Qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında verilib.