Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstanın dövlət başçısı Məhəmməd Əşrəf Qaniyə ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Unikal.org  xəbər verir ki, Prezident Məhəmməd Əşrəf Qanini öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edən dövlət başçısı inandığını bildirib ki, Azərbaycan ilə Əfqanıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Azərbaycan Prezidenti bu xoş gündə Əfqanıstan dövlətinin başçısına möhkəm cansağlığı, işlərində uğurlar, dost Əfqanıstan xalqına sülh və tərəqqi arzulayıb.