Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Anatoli Antonovu Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Unikal.org "kremlin.ru saytına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncamı ilə Antonov Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında Rusiyanın daimi nümayəndəsi vəzifəsini də icra edəcək və səlahiyyətli səfiri olacaq.
V. Putinin digər sərəncamları ilə Anatoli Antonov xarici işlər nazirinin müavini, Sergey Kislyak isə Rusiyanın ABŞ-dakı səfiri vəzifəsindən azad olunublar.