Rusiyanın Rostov şəhərində baş verən iri yanğından sonra 36 nəfər tibbi yardım üçün müraciət edib.

Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda vilayətin səhiyyə nazirliyinin başçısı Tatyana Bıkovskaya jurnalistlərə bildirib.

T. Bıkovskaya operativ qərargahın iclasında bildirib: "36 müraciət daxil olub, üç nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, həmçinin kəllə-beyin travması ilə xəstəxanada bir FHN əməkdaşı var, 3 polis dəm qazından zəhərlənmə ilə tibbi yardım üçün müraciət edib".