İranda 1 nəfər adam oğurluğunda və qətldə ittiham olunaraq ictimaiyyət qarşısında edam edilib.
Unikal.org İran mətbuatına istinadən xəbər verir ki, avqustun 21-də İsfahanın Nəsrabad məntəqəsində edam edilən 25 yaşlı müttəhim bu ilin yanvarında 15 yaşlı şagirdi (Fatimə Nikbəxt) məktəbdən qayıdarkən oğurlayaraq qətlə yetirməkdə təqsirli bilinib.
Edam edilən şəxsin adı mediaya açıqlanmayıb.