Avstriyanın Lints şəhərində sərnişin qatarı yük qatarı ilə toqquşub.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Maşinistlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata əsasən, insident dəmiryol stansiyasında qeydə alınıb. "Westbahn nəqliyyat şirkətinə məxsus sərnişin qatarı stansiyada dayanan "CargoServ şirkətinin yük qatarına çırpılıb.
Qəzanın səbəbləri araşdırılır.