Fövqəladə Hallar Nazirliyi Sumqayıtda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

Unikal.org nazirliyin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində 5 mərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 26 m2 olan 1 otaqlı mənzilin eyvanında 1 ədəd soyuducu, 2 ədəd taxtadan ibarət rəf 2 m2 sahədə yanıb.

Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 09:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.