Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub.

Luqansk vilayəti Azərbaycanlıları Konqresindən Unikal.org-a verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.

Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.

Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.

Xatırladaq ki, Bryankovsk rayonu separatçı "Luqansk Xalq Respublikasının nəzarətindədir.