Polşanın keçmiş prezidenti Lex Valensanın içərisində olduğu, Hökumət Mühafizə Bürosuna məxsus avtomobil qəzaya düşüb.
Unikal.org-un xəbərinə görə, bu barədə yerli RFM.FM radiosu məlumat yayıb. Hadisə Qdansk şəhərində baş verib. "Citroen" markalı avtomobil eks-prezidentin olduğu limuzinlə toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. Bildirilir ki, limuzində sükan arxasında Hökumət Mühafizə Bürosunun zabiti olub. Avtomobil xüsusi siqnallar işə salınmadan hərəkət edib.
Qəzanın baş verməsində təqsirli olan "Citroen" sürücüsü cərimələnib.