Fars körfəzində İraqa məxsus gəminin digər yük gəmisi ilə toqquşması nəticəsində 20 dənizçi ölüb.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, "Əl-Misbar alı gəmi Xor-Abdalla kanalında "Royal Arsenal adlı yük gəmisi ilə toqquşub. Qəza nəticəsində 20 nəfər ölüb, 11 nəfəri isə xilas etmək mümkün olub. "Royal Arsenal gəmisinin Sent Vinsent və Qrenadin dövlətinin bayrağı altında üzdüyü bildirilir.