ABŞ-ın Cənubi Karolina ştatında silahlı şəxs atışma törədərək, restoranda onlarla şəxsi girov götürüb. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, insident baş verən an restoranda təxminən 30 nəfər olub.
"Fox News telekanalının məlumatına görə, atışmadan sonra polis ərazini mühasirəyə alıb. Atışma zamanı bir nəfərin öldüyü bildirilir.
Polis sakinlərdən əraziyə yaxınlaşmamağı xahiş edir.