Gədəbəy rayonunun mərkəzində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report.az-a istinadən bildirir ki, 1986-ci il təvəllüdlü Abbasov Elvin Bakir oğlu "VAZ-21011" markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Sürücü açıq kəllə-beyin travması alıb və onun onurğa sümüyü sınıb. O, Bakıya özəl xəstəxanaların birinə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, sürücü koma vəziyyətdindədir.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.