Bakının Zabrat 2 adlanan ərazisində həyəcanlı olay baş verib.

Unikal.org xəbər verir ki, bu barədə hadisə şahidləri Milli.Az-a məlumat verib.

Bildirilib ki, Bakının Məhəmmədi kəndindən üzü "Koroğlu" metrosuna doğru hərəkətdə olan içərisi sərnişinlə dolu 217 nömrəli avtobus hərəkətdəykən qəfil tüstülənməyə başlayıb.

Sürücü Zabrat dairəsi yaxınlığında avtobusu dərhal saxlayaraq sərnişinləri düşürüb.