Əfqanıstanın paytaxtı Kabildə silahlılar tərəfindən məscidə hücum olub.

Unikal.org xarici mətbuata  istinadən xəbər verir ki, məscidin həyətində partlayış baş verib, daha sonra atəş səsləri eşidilib.

Şahidlərin sözlərinə görə, silahlılar mühafizəçiləri öldürüb, binaya giriblər. Hazırda polis məscidin ətrafını mühasirəyə alıb.