Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyev sədrlik etdiyi məhkəmə iclasında M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
15:00
"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, vəkil Fuad Ağayev bildirib ki, M. Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Vəkilin sözlərinə görə, M. Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.