Rusiyanın İvanovsk vilayətində uşaq it dişləməsindən sonra ölüb.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsindən bildirilib ki, it dişləməsindən sonra xəstəxanaya yerləşdirilmiş 11 yaşlı oğlanın ölüm səbəbi müəyyənləşdirilir.

İstintaqın məlumatına əsasən iyulun 27-də Viçuqa şəhərində 11 yaşlı oğlanı ailəyə məxsus it dişləyib. O, şəhər xəstəxanasına aparılıb. Avqustun 16-da səhhətinin pisləşməsi ilə əlaqədar intensiv terapiya palatasına yerləşdirilib və süni nəfəs cihazına qoşulub. Dörd gün sonra oğlan ölüb.
Hazırda uşağın ölümünə it dişləməsinin səbəb olub-olmadığı araşdırılır və onun yerləşdirildiyi tibb məntəqələrinin nə dərəcədə təqsirkar olması müəyyənləşdirilir.