Londonda zərgərlik mağazasından 1,8 milyon funtsterlinq (2,3 milyon dollardan artıq) dəyərində zinət əşyaları oğurlanıb.

Unikal.org-un məlumatına görə, soyğunçuluqda 8 nəfər iştirak edib. Onlardan 3-ü çəkic və lomla divarı deşib və içəri giriblər, digərləri isə çöldə vəziyyətə nəzarət ediblər.

Soyğunçular 3 saat mağazada olublar. Oğurlanan zinət əşyaları arasında qızıl və almaz boyunbağı, bilərzik və sırğalar var.

Hələlik hadisəni törədənlər tapılmayıb.