Xilasedicilər Alp dağlarının İsveçrə ərazisinə düşən hissəsində baş vermiş sürüşmələrdən sonra itkin düşmüş 8 nəfəri axtarır.

Unikal.org xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Polisdən bildirilib ki, axtarışlar davam etdiriləcək. Lakin qeyd olunub ki, itkin düşənlərin sağ qalmaq şansı azdır.

İtkin düşənlər arasında İsveçrə, Avstriya və Almaniya vətəndaşları var.