Londonnan İspaniyanın İbitsa adasına uçan "Ryanair" aviaşirkətinin təyyarəsi Fransanın Bordo şəhərində təcili eniş edib.

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təcili enişə səbəb bir neçə sərnişinin sərt şəkildə stüadessalardan spirtli içki tələb etmələri olub.

Məlumata əsasən, təyyarə eniş etdikdən sonra təyyarədən 7 nəfər polislər tərəfindən saxlanılıb.