Bakının mərkəzində yeniyetmə qız itkin düşüb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Nəsibə Məlikovanın (ad şərtidir) Səbail rayonu ərazisində - Dənizkənarı Milli Park ərazisindən itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. Ailə üzvləri onun xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.

Axtarış tədbirləri həyata keçirilir.