Avstriyada yaşayan türklər İnsbruk şəhər rəhbərliyinin 1915-ci il hadisələri ilə bağlı erməni abidəsi ucaltma qərarına etiraz edib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, 24 apreldə açılması planlaşdırılan abidənin dağıdılması üçün İnsbrukda yürüş təşkil olunub.
 
"Biz gücünü tarixindən alan türk milləti olaraq, İnsbruk rəhbərliyinin saxta erməni soyqırımını tanıyan bu qərarını və dəstəyini şiddətlə qınayırıq", - yürüş təşkilatçıları bildirib.
 
Qeyd edək ki, İnsbruk Şəhər Məclisi 24 apreldə erməni abidəsinin açılması barədə qərar verib.